“Regionda heç kim İranın mövqeyini nəzərə almadan qərar verə bilməz” – Məhəmməd Möhbər backend

"Regionda heç kim İranın mövqeyini nəzərə almadan qərar verə bilməz" - Məhəmməd Möhbər 

“Bu gün regionda heç kim İranın mövqeyini nəzərə almadan qərar verə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər deyib.

O bildirib ki, İranın mərhum prezidenti İbrahim Rəisinin qonşuları ilə münasibətləri inkişaf etdirməyə yönələn siyasəti nəticəsində Tehran bütün region ölkələri ilə əlaqələr qurmağa və problemləri həll etməyə nail olub.

Möhbərin sözlərinə görə, bəzi ölkələr ŞƏT və BRİKS kimi təşkilatlara üzv olmaq, Avrasiyada iştirak etmək arzusundadırlar, lakin buna nail ola bilməyiblər.

“Bu gün biz bu təşkilatların bütün ölkələri ilə əlaqə saxlayırıq”, – deyə Məhəmməd Möhbər əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*