Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib:
“Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı”.
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. Onun müqaviləsinin müddəti bu il iyulun 15-də başa çatıb.
