Rəsul Quliyev: “Azərbayan və Türkiyə Paşinyanı Putinin əlindən qurtarmalıdır”backend

Rəsul Quliyev: “Azərbayan və Türkiyə Paşinyanı Putinin əlindən qurtarmalıdır”

“Azərbaycanın apardığı strateji siyasət onu Avropa İttifaqından tutmuş, Misirə, Yaponiyaya qədər böyük bir ərazidə qəbul edilmiş fiqurlardan birinə çevirib. Qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünün şübhə altında olmadığını biz yox, artıq bütün dünya qəbul edib. Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etmək və paytaxta uyğun rekonstruksiyalar həyata keçirmiş keçmiş və gələcək tariximizi əbədiləşdirmək strateji planının çox böyük əhəmiyyəti var”.

KONKRET.az-ın xəbərinə görə, bunu  Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

O qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycanda gedən proseslərin mahiyyətini anlayan yeganə siyasətçidir:

“O, Rusiyadan xilas olub Qərbə yaxınlaşmaq istəyir. Onu dəstəkləyən ermənilər də bunu istəyir. Dünyada XX əsrdə soyqırım olub. Hitler rejimi 6 milyon yəhudini qətlə yetirib. Bu gün yəhudilər və hökuməti Almaniya xalqı və hökuməti ilə ən yaxın münasibətdədirlər. Rusiyaya qarşı vuruşan – Türkiyə ordusuna arxadan müharibə açan erməni millətçilərinə qarşı vuruşan Türkiyəni genosiddə günahlandırmaq böyük şübhə altındadır” – deyə sabiq spiker əlavə edib,

Rəsul Quliyev qeyd edib ki, ABŞ və Avropa İttifaqı (ola bilər, Fransadan başqa) ölkələri Paşinyana Azərbaycan və Türkiyə ilə müqavilələr bağlamağı məsləhət görürlər. Paşinyan bu işi görmək istəyir.

“Ancaq Ermənistanın keçmiş yaramazları buna imkan verməməyə çalışırlar. Nə üçün? Yəni bu yazıqlar, doğrudan, Qarabağı qismən qaytaracaqlarına inanırlar. Düşünmürəm, buna inanmaq səviyyəsində uzun qulaqları olsun. İnanmırlar. Fikirləşirlər Putin bunları hakimiyyətə gətirmək üçün Qarabağı Azərbaycandan alıb bunlara verəcək. Bəlkə də, doğrudan da, bu səviyyədə düşünəcək əbləh və nadandırlar. Putin heç öz səfeh Yanukoviçini hakimiyyətə gətirə bilmədi… Azərbaycan tək deyil, arxasında ən azı Ukrayna ordusundan daha güclü Türkiyə dayanıb. Ukraynadan fərqli olaraq Türkiyənin NATO silahları var. Tanınmış “Bayraktar” dronları var! Bu əbləhlər məgər Azəraycanın orta Asiya və Qazaxstan dövlətləri arasında xüsusi hörmətə malik olduğunu bilmirlərmi?! Azərbayan və Türkiyə kömək edib Paşinyanı Putinin əlindən qurtarmalıdır, çünki o, bu yaramazların içərisində ən normalıdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*