Reuters: “Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan edə bilər”backend

Reuters: "Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan edə bilər"

Norveç rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoya bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Norveç Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Norveç hökuməti Rusiya ilə sərhəddə nəzarəti gücləndirəcək.

“Lazım gələrsə, sərhədi tez bağlayacağıq. Dəyişikliklər ən qısa müddətdə baş verə bilər”, – Norveçin ədliyyə və ictimai təhlükəsizlik naziri Emili Enger Mehl deyib.

Qeyd edək ki, Norveç-Rusiya sərhədinin uzunluğu 198 km-ə çatır. Yaxın vaxtlarda “Storskoq” keçid məntəqəsində təhlükəsizlik tədbirləri gücləndiriləcək. Norveç hökuməti sərhəd bölgəsindəki vəziyyətlə bağlı polis və gömrüklə sıx əlaqə saxlayır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*