Reuters: “Rusiya Çernobıl AES-i 2021-ci ildə göndərdiyi agentlər sayəsində ələ keçirib”backend

Reuters: "Rusiya Çernobıl AES-i 2021-ci ildə göndərdiyi agentlər sayəsində ələ keçirib"

“İşğal planından xəbəri olan mənbə bildirib ki, 2021-ci ilin noyabrında Rusiya Ukraynaya Çernobıl AES-in təhlükəsizliyinə cavabdeh olan şəxslərlə əlaqə yaratmaq üçün məxfi kəşfiyyat agentləri göndərib. Agentlərin məqsədi Rusiya qoşunlarının gəlişindən sonra heç bir silahlı müqavimətin olmamasını təmin etmək olub”

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters”in araşdırmasında deyilir.

Məlumata görə, Çernobıl həm də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sənədlərinin ötürülməsi məntəqəsi olub. Casuslar pul müqabilində ruslara Ukraynanın hərbi hazırlığı barədə məlumat veriblər.

Hazırda Çernobıl AES-də işləyən şəxslərlə bağlı ən azı üç araşdırma aparılır. Sənədlərə əsasən istintaq ən azı iki nəfəri müəyyən edib. Onlar Rusiya agentlərinə məlumat verməkdə və obyektin ələ keçirilməsində köməklik göstərməkdə şübhəli bilinirlər.

“Xarici düşmənlə yanaşı, təəssüf ki, bizim daxili düşmənimiz var və bu düşmən heç də az təhlükəli deyil”, – Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

Bildirilib ki, Rusiya Çernobıl AES-i ələ keçirsə də, Kiyevdə hakimiyyəti ələ keçirmək planı baş tutmadı.

Rusiya və Ukraynadakı bir çox mənbənin məlumatına görə, Moskva tərəfindən yerləşdirilmiş agentlər bir çox hallarda bu vəzifəni yerinə yetirə bilməyib.

Qeyd edək ki, Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını müharibənin ilk günü, fevralın 24-də ələ keçirib, martın sonunda isə AES-i tərk ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*