“Roma” klubunun futbolçusu təxribatçı ermənilərə zəng vurdu: “Minnətdaram”backend

"Roma" klubunun futbolçusu təxribatçı ermənilərə zəng vurdu: "Minnətdaram"

Ermənistan millisinin futbolçusu Henrik Mxitaryan UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyundan təxribat törədənlərdən birinə zəng vurub.

KONKRET.AZ xəbər verir ki, bu barədə sport24.ru saytına açıqlamasında təxribatı üzərinə götürən “Birinci erməni cəbhəsi” azarkeş qrupunun üzvü Spartak Adamyan bildirib. O, bunun ötən il dekbarın 18-də “Qarabağ”ın İngiltərənin “Arsenal” klubu ilə Londondakı Avropa Liqasının qrup oyununda meydana girdikdən sonra baş verdiyini söyləyib: “Mənə bir oğlan zəng vurdu və özünü Henrix Mxitaryan kimi təqdim etdi. Əvvəlcə inanmadım, elə bildim dostlarım zarafat edir. Ancaq zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə, başa düşdüm ki, odur. Məlum səbəblərdən onunla şəxsi söhbətim barədə ətraflı danışa bilmərəm. Bu münasibətinə görə Mxitaryana minnətdaram”.

Mxitaryan hazırda İtaliyanın “Roma” klubunun formasını geyinir. Adamyan ötən il “Arsenal” və “Qarabağ” komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur matçında qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydana girib və stüardlar tərəfindən zərərsizləşdirilib.

“Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*