Ronaldo şəxsi təyyarəsini 20 milyona satışa çıxardı – FOTObackend

Ronaldo şəxsi təyyarəsini 20 milyona satışa çıxardı - FOTO

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo öz “Gulfstream G200” təyyarəsini 20 milyon funt sterlinqə satmağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” yayıb.

Məlumata görə, Ronaldo sözügedən təyyarəni 2015-ci ildə əldə edib və ondan müntəzəm olaraq Portuqaliyaya səfər etmək üçün istifadə edib.

Həmçinin ulduz futbolçu bu təyyarə ilə sevgilisi Corcina Rodriges və övladları ilə Avropaya səyahətə yollanıb. Bu təyyarə 10 nəfərə qədər sərnişin üçün nəzərdə tutulsa da, Ronaldo daha böyük təyyarə axtarışındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*