Ronaldu iki məşhur futbolçunu “Ən-Nəsr”ə gətirməyə çalışırbackend

Ronaldu iki məşhur futbolçunu "Ən-Nəsr"ə gətirməyə çalışır

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu “Real”ın müdafiəçisi Naço Fernandes və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro ilə onların Səudiyyə Ərəbistanı klubuna keçidi imkanlarını müzakirə edib.

KONKRET.az  championat.com-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu klubda getdikcə nüfuz qazanır və özünü qalibiyyət təcrübəsi olan yüksək səviyyəli oyunçularla əhatə etmək istəyir.

Qeyd edək ki, Naçonun cari mövsümün sonunda Madrid klubunu tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, ispaniyalı futbolçu üçün prioritet MLS-ə keçiddir. Kazemironun yay transfer pəncərəsi zamanı satıla biləcəyi ilə bağlı da söz-söhbətlər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*