Rövşən Əsgərovdan axtarışa verilməsi ilə bağlı AÇIQLAMA – VİDEObackend

Rövşən Əsgərovdan axtarışa verilməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Rövşən Əsgərov axtarışa verilməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun axtarışa verildiyi barədə məlumat yayıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, – məlumatda qeyd olunub.

Rövşən Əsgərov Rusiya Federasıyasında axtarışa verilməsinə münasibət bildirib.

  • “Rusiyada məhkəmə? Heç gülməli deyil. Mənim əməllərimdə cinayət tərkibi yoxdur. Rusiya Federasiyası adlı dövlətlə əlaqəm sıfıra enib. Rusiya məhkəmələri qarşısında günahsız şəxsin haqlı olduğunu sübut etmək mümkün deyil, ona görə də mümkün qərarın ədalətliliyinə əsaslı şübhələrim var”, – deyə Əsgırov vurğulayıb.
Rövşən Moskvaya artıq qayıtmaq istəmədiyini deyib.
  • “Artıq Moskvaya qayıtmaq istəmirəm. Bu ölkə artıq elə etdi ki, mən ona doğma kimi baxa bilmirəm. Bu, dəhşətdir. İllərdir səni sevən, əzizləyən biri bir gün səni heç nədən qovsun. O zaman bütün yaxşı günləri xatırlayıb təəssüflənirsən. Artıq mənim üçün o ölkə yoxdur, buna görə də təəssüflənmirəm. Artıq mən o ölkədə yaşaya bilmərəm. Nostalgiyam da yoxdur, kədərlənmirəm də. Çıxıb gəldim,vəssalam”, – Rövşən Əsgərov yekunlaşdırıb.

Qeyd edək ki, ötən ay Rusiyada Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*