Roza Cəlilovanın mirası ətrafında qalmaqal — DİN-dən reaksiyabackend

Roza Cəlilovanın mirası ətrafında qalmaqal — DİN-dən reaksiya

Mərhum Xalq artisti Roza Cəlilovanın mirası və dəyərli əşyalarının talanması ilə bağlı yayılan qalmaqallı iddialara Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.

KONKRET.az xəbər verir ki,  sənətkarın nəvəsi Lalə Aslanovanın mənimsəmə və oğurluq halları ilə bağlı irəli sürdüyü ittihamlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ artıq hüquqi müstəvidə araşdırılır:

“Səsləndirilən iddialar hazırda araşdırma predmetidir. Qeyd olunan xüsusatlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir”, – deyə E.İbrahimov vurğulayıb.

Qeyd edək ki, Roza Cəlilovanın dəyərli əşyalarının oğurlandığı iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*