Qarabağdakı qondarma qurumun “dövlət naziri” Artak Beqlaryan rusiyalı milyarder Ruben Vardanyanla əvəz olunur.
KONKRET.az xəbər verir ki, Qarabağ separatçı tör-töküntülərinin başçısı Arayik Arutyunyan Facebook səhifəsində “çox vacib qərar” verdiyi barədə yazıb.
Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən rusiyalı milyarder Ruben Vardanyan bu separatçı qurumun “dövlət naziri” vəzifəsinə “təyin edilib”.
“Mən xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim Ruben Vardanyana dövlət naziri vəzifəsini tutmağı təklif etmişəm. Və ona qərarlar qəbul etmək, onları həyata keçirmək üçün geniş səlahiyyətlər verməyə hazıram. Mövcud çağırışları nəzərə alaraq, hesab edirəm ki, milli səyləri birləşdirmək lazımdır”, – deyə Arutyunyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
