Rubinyandan müxalifətə ironik SUAL: “Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?”backend

Rubinyandan müxalifətə ironik SUAL: “Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?”

Ermənistan parlamentində Milli Assambleyanın sədr seçkisi öncəsi siyasi qarşıdurma yaşanıb.

KONKRET.az xəbər verir ki, “Ermənistan” fraksiyası parlament sədrinin seçilməsi ilə bağlı keçiriləcək qapalı səsvermədə iştirak etməyəcəyini açıqlayıb.

Fraksiyanın bu qərarına cavab olaraq hakim “Vətəndaş müqaviləsi” partiyasının sədrliyə namizədi Ruben Rubinyan müxalif deputatlara ironik şəkildə münasibət bildirib.

Rubinyan “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryana müraciət edərək deyib:

“Xanım Qriqoryan, bilirsinizmi, sizin fraksiyanız niyə səsvermədə iştirak etməyəcək? Çünki səsvermə zamanı sizin bəzi deputatlarınızın, o cümlədən sizin özünüzün mənə səs verəcəyindən əmin deyilsiniz”.

Rubinyanın bu açıqlaması parlamentdə hakimiyyətlə müxalifət arasında qarşıdurmanın davam etdiyini göstərib. Müxalifət isə Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizədliyinə etiraz edir və hakimiyyətin siyasi kursunu tənqid edir.

Qeyd edək ki, Ermənistanın yeni çağırış parlamentində ilk iclaslardan etibarən hakim “Vətəndaş müqaviləsi” fraksiyası ilə müxalif “Ermənistan” və “Güclü Ermənistan” blokları arasında kəskin siyasi polemikalar müşahidə olunur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*