“Rus agentinin azərbaycanlıları təhqir etməsi qəbuledilməzdir” – Aqil Mustafayevbackend

"Rus agentinin azərbaycanlıları təhqir etməsi qəbuledilməzdir" - Aqil Mustafayev

Məlum olduğu kimi, ötən gün Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze “facebook” sosial şəbəkəsi vasitəsilə paylaşılan statusunda Marneuli sakinlərini təhqir edərək bir sıra təhqiramiz ifadələrə yol verib.

KONKRET.az xəbər verir ki, 24News.ge xəbər portalına sözügedən məsələ ilə bağlı müsahibə verən “Vahid Milli Hərakat” partiyasının Marneuli nümayəndəliyinin rəhbəri Aqil Mustafayev, onu rus agenti adlandırıb:

“Zaza Abaşidzenin bu cür hərəkəti mən deyərdim ki, ilk deyil. Biz onun bu günədək bir neçə dəfə qarşıdurma yaradacaq belə sərsəm fikirlərini eşitmişik. Abaşidze hər zaman Rusiyanın Gürcüstandakı maraqlarını qoruyur, Rusiyanın burada millətlər arasında qarşıdurma yaratmaq planına uyğun addımlar atır. O həmçinin rus gürcü mərkəzinin rəhbəridir, bir sözlə o rus agentidir. Məsələnin digər bir tərəfi isə ölkənin Əlyazmalar Mərkəzində rəhbər vəzifə tutduğu və Gürcü Arzusu partiyasının yaxın şəxslərindən olduğu halda, ölkənin bir parçası olan milli azlıqları, azərbaycanlıları təhqir etməsi qəbul edilməzdir. Düşünürəm ki, hökumət bu cür təxribat və qarşı durma yarada biləcək şəxslərlə bağlı ciddi ölçü götürməlidir”, – deyə A. Mustafayev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*