Kiberpolis işğalçıların müəyyən edilmiş izlərini bildirmək üçün xüsusi bot yaradıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Telegram kanalı məlumat yayıb.
“Siz döyüş məkanlarının, şübhəli yerlərin şəklini çəkə bilərsiniz və onlar Google Xəritədə “Xalqın Qisasçısı” (@ukraine_avanger_bot) vahid məlumat bazasına düşəcəklər. Şəkil bot vasitəsilə çəkilməli və geoteq əlavə edilməlidir”, – mesajda deyilir.
Vətəndaşlar həmçinin düşmənlərin hərəkəti, onların texnikası və hədəf təyinatları haqqında məlumatları bota göndərə bilərlər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
