Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu Yaxın Şərq və Şimali Afrika olub.
Qeyd edək ki, bundan öncə Türkiyə Liviyaya hərbçilərinin göndərilməsinə başlayıb. Ankaranın bu qərarı Liviyada Xəlifə Haftarı dəstəkləyən Moskvanın narazılığına səbəb olub.
Axar.az
