Rus ordusu üçün nəzərdə tutulmuş 1,5 milyon dəst hərbi forma müəmmalı şəkildə YOXA ÇIXDIbackend

Rus ordusu üçün nəzərdə tutulmuş 1,5 milyon dəst hərbi forma müəmmalı şəkildə YOXA ÇIXDI

“1,5 milyon dəst hara getdi?”

KONKRET.az xəbər verir ki, bunu rusiyalı deputat və istefada olan general Andrey Qurulev teleqram kanalında yazıb.

O bildirib ki, RF Silahlı Qüvvələrinin səfərbər edilmiş hərbçiləri üçün nəzərdə tutulmuş 1,5 milyon dəst hərbi forma Transbaykaliyada anbarlardan müəmmalı şəkildə yoxa çıxıb.

“Səfərbərlik məntəqələrində saxlanılan 1,5 milyon dəstin hara getdiyi hələ də mənə aydın deyil. Forma ilə bağlı problemlər yaranıb. Hamısı var idi, hara buxarlandı? Bunu heç kim izah etməyəcək! Səfərbərlik məntəqələri indidən hazırlanmalıdır ki, biz insanları sakit şəkildə qəbul edə bilək”, – deyə Qurulev yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*