backend

Rus sülhməramlıları ilə Qarabağ erməniləri arasında insident baş verib

Rus sülhməramlıları ilə Qarabağa köçürülüb gətirilən ermənilər arasında insident baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, insidentə “milli təhlükəsizlik xidməti” əməkdaşları da cəlb olunub. Hazırda detallar aydınlaşdırılıb.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə Qarabağda məskunlaşdırılan ermənilərin “təhlükəsizlik əməkdaşları” adlı qondarma işçiləri rus sülhməramlılarının kolonunu təhlükəli şəkildə ötüb və bu zaman arzulanmayan hal yaşanıb. Bunun ardınca qondarma qurum, əməkdaşlarını işdən azad edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*