“Rusiya Azərbaycan və Türkiyə ilə münaqişəyə girməkdən qorxur” – Ekspert / VİDEObackend

"Rusiya Azərbaycan və Türkiyə ilə münaqişəyə girməkdən qorxur" - Ekspert / VİDEO

“Rusiyanın yeni düşməni var. Bu Ermənistandır”.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı bloger, siyasi şərhçi və jurnalist Denis Kazanski özünün Youtube kanalında Rusiya ilə Ermənistan arasında münasibətlərin soyumasını şərh edərkən bildirib.

“Ermənistanın rəsmi olaraq Rusiyanın müttəfiqi olmasına, Gömrük İttifaqı və KTMT-nin üzvü olmasına baxmayaraq, Rusiya əvvəlcə bu müttəfiqinə xəyanət edib, sonra isə onu düşmən elan edib. O, Azərbaycan və Türkiyə ilə münaqişəyə girməkdən qorxduğu üçün Ermənistanı dəstəkləmək istəmir. Amma çox da biabırçı görünməmək üçün Rusiya bunu elə çərçivəyə salmağa qərar verdi ki, guya günah Ermənistanın özündədir. Deyirlər ki, Paşinyan anti-Rusiya siyasəti aparır, Rusiya da öz növbəsində bundan incidi və Ermənistana dəstəyi dayandırdı”, – deyə Kazanski bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*