“Rusiya Azərbaycana burnunu soxmayacaq, onun güclü ordusu var” – Qordon + VİDEObackend

"Rusiya Azərbaycana burnunu soxmayacaq, onun güclü ordusu var" - Qordon + VİDEO

“Rusiya Azərbaycana burnunu soxmayacaq, onun güclü ordusu var”.

KONKRET.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon “Ukrayna 24” kanalının efirində deyib. O, Rusiya Prezidenti Vladimir Putinin SSRİ-ni yenidən yaratmaq istədiyini bildirib. Bu məqsədlər üçün o, Azərbaycandan başqa, demək olar ki, keçmiş Sovet İttifaqı ölkələrinin hamısını ələ keçirmək istəyir.

“O, (Putin) Moldovanı ələ keçirmək istəyir? Əlbəttə, bəli. O nə istəyir? Maksimum proqram: bütün Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr. Əvvəllər Polşaya da girişə bilərdi, amma artıq edə bilməz. Özbəkistan, Türkmənistan, Tacikistan… niyə də olmasın? Hamısı torbadadır, Qırğızıstan da ordadır. Ermənistanın da adını çəkəcəm. Azərbaycanın adını çəkmədim. Azərbaycanla çətindir, Türkiyənin təsir dairəsi var. Azərbaycanın çox yaxşı ordusu var, ən güclü Türkiyə və İsrail silahlarına sahibdir. Ordu silahlanıb… Azərbaycanla bağlı çətinliklər var, orada Türkiyənin təsiri çox güclüdür. Ona görə də Azərbaycanla bağlı tərəddüd edirəm”, – deyə Qordon bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*