Rusiya Federasiyasının Baş Prokurorluğu xarici dövlətlərə xəyanətlə bağlı cinayət işləri ilə yardım edən rusları hədələyib.
KONKRET.az xəbər verir ki, prokurorluq bildirir ki, belə şəxsləri 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
“Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə xarici dövlətə, beynəlxalq və ya xarici təşkilata və ya onların nümayəndələrinə maliyyə, maddi-texniki, məsləhət və ya digər yardımın göstərilməsi 275-ci maddədə nəzərdə tutulmuş cinayət tərkibini ehtiva edir” – Rusiya Federasiyasının Baş Prokurorluğunun məlumatında belə deyilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
