Rusiya batmış “Moskva” kreyserinin ekipajını XİLAS EDƏ BİLMƏYİB – Gəmidə 510 nəfər VAR İDİbackend

Rusiya batmış "Moskva" kreyserinin ekipajını XİLAS EDƏ BİLMƏYİB - Gəmidə 510 nəfər VAR İDİ

Rusiya hərbçiləri batmış “Moskva” kreyserinin ekipajını təxliyə edə bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin Dəniz Mühafizəsinin mətbuat katibi Nataliya Qumenyuk məlumat verib. Onun sözlərinə görə, raketlər kreyserə dəydikdən sonra gəmidə olan sursat partlayıb və komanda sağ qalmaq üçün mübarizəyə başlayıb. Hadisəni Ukrayna sərhədçiləri izləyib. Yaxınlıqdakı gəmilərin necə kömək etməyə çalışdıqlarını görüblər.

“Raket zərbəsi sursatın partlamasına səbəb oldu və sağ qalmaq üçün mübarizə başladı. Biz digər gəmilərin kömək etməyə çalışdıqlarını müşahidə etdik, lakin hətta təbiət də Ukraynanın tərəfində idi. Çünki tufan nə sakit bir xilasetmə əməliyyatı aparmağa, nə də ekipajı təxliyə etməyə imkan verməyib. Zərbə o qədər güclü idi ki, gəminin döyüş qabiliyyəti itdi”, – deyə Qumenyuk bildirib.

Bundan əvvəl qəzaya uğramış gəmidən 14 dənizçinin Sevastopola çatdırıldığı deyilsə də, qalan 496 nəfərin taleyi məlum deyildi.

Xatırladaq ki, aprelin 13-də Qara dənizdə Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” qanadlı raketləri ilə vurulub və gəmi batıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*