“Rusiya bir gündə yarım trilyon pul itirib” – ABŞ və Qərb Putindən nə istəyir? – ÖZƏL AÇIQLAMAbackend

"Rusiya bir gündə yarım trilyon pul itirib” - ABŞ və Qərb Putindən nə istəyir? - ÖZƏL AÇIQLAMA

“ABŞ və Qərbin əsas məqsədi Rusiyanı tarixi inkişafdan saxlamaqdır. Tətbiq edilən sanksiyalar nəticəsində Rusiya bir gündə yarım trilyon pul itirib”.

Bu fikirləri KONKRET.az-a özəl açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu səsləndirib. O bildirib ki, müharibə uzanacağı təqdirdə Rusiya bir neçə trilion pul itkisi ilə üz-üzə qalacaq: “Bu isə Rusiyanı iqtisadi cəhətdən çox çətin vəziyyətə düçar edəcək. Nəticədə Rusiya iqtisadi asılılığa düşəcək. Putin Ukraynadan bir parça torpaq qopara bilər. Lakin öz dövlətinin və millətinin həyat səviyyəsinin yüz dəfələrlə aşağı düşməsinə səbəb olacaq. Avropanın məqsədi Rusiyanı dünya inkişafından saxlamaqdır. Bu isə rəsmi Moskvanın özünün işğalından daha ciddi bir məsələdir. Amerikanın da əsas hədəfi Rusiyanın və Çinin inkişafdan dayanmasıdır. Bunun üçün də, Ukrayna məsələsi bəhanə oldu. Tətbiq edilən bütün məhdudiyyətlər də, Rusiyanı 10-15 il dünya inkişafından geri qoyacaq”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlunun sözlərinə görə, Rusiyanın tamamilə dağılması Amerikanın maraqlarına uyğun deyil: “ABŞ zəif bir Rusiya istəyir. Bunun üçün isə iqtisadi cəhətdən çökdürməyi qarşıya hədəf qoyub. Amma Rusiyanın tamamilə dağılması bugünkü reallıq əsasında dünyaya xeyir verməz. Çünki çoxlu sayda kiçik dövlətlərin yaranması ilə nəticələnər. Burada məqsəd Rusiyanı dağıtmaq yox, iqtisadi cəhətdən zəiflətməkdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*