Rusiya bu bazada S-400-ləri deaktiv etdibackend

Rusiya bu bazada S-400-ləri deaktiv etdi

Rusiya Suriyanın Hmeymim bazasında saxlanılan S-400 zenit raket komplekslərinin fəaliyyətini dayandırıb.

KONKRET.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına – MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” nəşri yazıb.

Nəşrin məlumatına görə, Hmeymimdəki S-400-lərin aktiv olmamasına bir çox səbəb göstərilə bilər. Əsas versiyalar isə maliyyə problemi və ya silahın ölkədən təxliyyəsinə hazırlaq aparılması istiqamətindədir.

“Debka” həmçinin artıq ABŞ tərəfinin bu məlumatı təsdiqləyəcək addım atdığını da qeyd edib. Belə ki, Rusiyanın Suriyadakı savaşa müdaxilə etdiyi 2015-ci ildən bu yana ilk dəfə ötən həftə ABŞ-a məxsus B-52 bombardman təyyarəsi Hmeymim yaxınlığında uçuş həyata keçirib. ABŞ bununla S-400-lərin aktiv olub olmadığını yoxlayıb.

Bir cavab yazın