Rusiya bütün Ukraynanı ələ keçirməyi planlaşdırıb – Sumıda sənədlər TAPILDIbackend

Rusiya bütün Ukraynanı ələ keçirməyi planlaşdırıb - Sumıda sənədlər TAPILDI

Sumı vilayətinin Trostyanets şəhərində Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiyanın bütün Ukrayna ərazisini ələ keçirməyə hazırlaşdığını göstərən mühüm sənədlər aşkar ediblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verirr ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun direktoru Aleksey Suxaçev məlumat verib.

Məlumatda qeyd olunur ki, müstəntiqlər işğalçılar tərəfindən faktiki dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirib. Baxış zamanı Rusiya hərbçilərinin sənədləri və şəxsi əşyaları müsadirə edilib.

“Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiyanın bütün Ukrayna ərazisini ələ keçirməyə hazırlaşdığını açıq şəkildə başa düşməyə imkan verən Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin mühüm sənədlərini tapıblar. Bütün bu məlumatlar öyrəniləcək və iş materiallarına əlavə olunacaq”, – deyə Suxaçev qeyd edib.

Dövlət İstintaq Bürosu onu da bildirib ki, istintaq zamanı işğalçıların mülki şəxslərə işgəncə verdiyi yerlər müəyyən edilib. Sakinlərin qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı ən azı 34 fakt qeydə alınıb.

Hadisə yerindən dəyənəklər, əl qandalları, metal sancaqlar və zərərçəkmişlərin qan izləri olan paltarları aşkar edilib.

Həmçinin, ərazidən ikisi uşaq olmaqla 23 nəfərin cəsədini çıxarıblar. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*