Rusiya Çini müdafiə etdi – ABŞ-a cavabbackend

Rusiya Çini müdafiə etdi – ABŞ-a cavab

“ABŞ-ın yeni tip koronavirus mövzusunda Çini ittiham edərək sanksiya hazırlıqlarına başlaması düzgün deyil”.

KONKRET.az RBK-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Virusun mənbəsinin Çin olduğunu və buna görə də ölkəyə sanksiya tətbiq edilməli olduğunu düşünmək olmaz”, – deyə S.Lavrov bildirib.

Çinin Uhanda başlayan epidemiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 2019-cu ilin dekabrında məlumat verdiyini xatırladan S.Lavrov rəsmi Pekinin epidemiya ilə bağlı məlumatları gizlətməyə çalışdığını söyləməyin də düzgün olmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*