Rusiya Çubaysın Avropa banklarında gizlədilən milyardlarını axtarırbackend

Rusiya Çubaysın Avropa banklarında gizlədilən milyardlarını axtarır

Rusiya təhlükəsizlik qüvvələri “Rosnano”nun keçmiş rəhbəri və Rusiyanı tərk etmiş prezidentin sabiq köməkçisi Anatoli Çubaysın Avropa banklarında gizlədilən hesablarına dair məlumatları yoxlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Güc strukturları Çubaysın Avropa banklarında ola biləcək gizli hesabları haqqında məlumatları yoxlayacaq”, – agentliyin həmsöhbəti bildirib.

Mənbə qeyd edir ki, bu hesablardakı xarici valyutanın həcmi bir neçə milyarda çata bilər. İstintaqın maraqlarına uyğun olaraq, mənbələr “qanunsuz yolla əldə edilmiş məbləğlərin” konkret hansı banklarda saxlanıla biləcəyini dəqiqləşdirməyiblər.

Aprelin sonunda TASS Çubaysa yaxın mənbəyə istinadən bildirib ki, siyasətçi Avropadadır və Rusiyaya qayıtmağı, o cümlədən ondan 70 milyonluq (rubl) əmlakın oğurlanması işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verməyi planlaşdırmır.

Agentliyin mənbəsi vurğulayıb ki, Çubays Rusiyanı şəxsi təyyarəsi ilə tərk edib, əvvəlcə Türkiyəyə, sonra isə mülkü olduğu İtaliyaya gedib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*