Rusiya daha bir beynəlxalq təşkilatı TƏRK ETDİbackend

Rusiya daha bir beynəlxalq təşkilatı TƏRK ETDİ

Rusiya Baltik Dənizi Parlament Konfransını tərk edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Dövlət Dumasında müvafiq qərar qəbul edilib.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin adından Dumanın saytında yerləşdirilən bəyanatda bildirilib ki, Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniya Baltik Dənizi Parlament Konfransının daimi üzvləridir.

Qeyd olunub ki, bu gün bu ölkələrin əksəriyyətinin parlamentariləri ilə nə bu təşkilat formatında, nə də parlamentlərarası kanallar vasitəsilə dialoq var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*