Rusiya Dövlət Dumasının deputatı, “Rodina” partiyasının lideri Aleksey Juravlyov ölkəsinin Ukraynaya qarşı nüvə silahından istifadəyə hazır olmalı olduğunu bildirib.
KONKRET.az bildirir ki, deputatın sözlərinə görə, bu addım Ukraynanın kapitulyasiyasına nail olmaq üçün zəruri hesab edilərsə, Rusiya nüvə silahından istifadə etməlidir.
Juravlyov bildirib ki, “düşmənə elə zərbə endirmək lazımdır ki, o, kapitulyasiya etməli olduğunu başa düşsün”.
“Bəziləri müzakirə edir ki, taktiki nüvə silahından istifadə edə bilərik, ya yox.
Belə bir müzakirə ümumiyyətlə olmamalıdır. Zərurət yaranacağı təqdirdə biz ondan istifadə etməyə borcluyuq. Vurmaq lazım olacaqsa, vuracağıq. Bu, müzakirə mövzusu deyil”, – deyə deputat bildirib.
Günay Əli
KONKRET.az
