Rusiya Duması Donbasdakı separatçı “respublikalar”ın tanınması üçün Putinə müraciət qəbul edibbackend

Rusiya Duması Donbasdakı separatçı “respublikalar"ın tanınması üçün Putinə müraciət qəbul edib

Rusiya Dövlət Duması Ukraynanın Donbas bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciət qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Kommunist Partiyasından olan deputatlar Dumanın Rusiya Prezidentinə müraciət layihəsində Vladimir Putindən öz müstəqilliyini elan etmiş “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil dövlət kimi tanınması məsələsini nəzərdən keçirməyi, habelə bu qurumlarla danışıqlar aparmağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*