Böyük Britaniyanın Strateji Üstünlük Mərkəzinin (CSA) analitiklərinin hesablamalarına görə, Rusiya qarşıdakı 15 il ərzində dünya uran hasilatının təxminən üçdə birinə birbaşa və ya dolayısı ilə nəzarət edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
2024-cü ildə Rusiyanın öz ərazisində uran hasilatının payı dünya həcminin təxminən 5%-ni təşkil edib. Lakin “Rosatom”a məxsus olan “Uranium One” Qazaxıstan, Tanzaniya və Namibiyada hasilat həyata keçirir, həmçinin Nigerlə müqavilə bağlayıb.
Xarici aktivlər nəzərə alınmaqla, Rusiya artıq dünya uran hasilatı güclərinin demək olar ki, dörddə birinə nəzarət edir.
CSA-nın proqnozuna əsasən, 2040-cı ilə qədər bu göstərici 36%-ə yüksələ bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
