Rusiya Ermənistana məhdudiyyət qoydubackend

Rusiya Ermənistana məhdudiyyət qoydu

Ermənistan Rusiya bazarından məhrum olarsa, gül ixracından əldə etdiyi gəlirin 90%-dən çoxunu itirəcək.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, “Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) mayın 22-də Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb.

Agentlik izah edib ki, bu qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.

2025-ci ildə Ermənistan gül ixracından 49,1 milyon dollar qazanıb ki, bunun 46 milyon dolları Rusiyaya göndərilən məhsullardan əldə edilib.

Beləliklə, Rusiya bazarı ötən il Ermənistanın gül satışından əldə etdiyi gəlirin 93,8%-ni təşkil edib.

Gül ixracının təxminən 5%-ini (2,3 milyon dollar) Gürcüstan, 1%-ini (514.900 dollar) Qazaxıstan təşkil edib.

BƏƏ (166.700 dollar) və Belarus (61.600 dollar) da daxil olmaqla, digər ölkələr Ermənistandan daha az miqdarda gül idxal ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*