Rusiya FTX-nin helikopteri qəzaya DÜŞDÜbackend

Rusiya FTX-nin helikopteri qəzaya DÜŞDÜ

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.

Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.

Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*