Rusiya Gürcüstanla bağlı elə qərar verdi ki… – İLGİNC NÜANSbackend

Rusiya Gürcüstanla bağlı elə qərar verdi ki... - İLGİNC NÜANS

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Gürcüstana 2008-ci ildə baş vermiş hadisələrə görə təzminat ödəmək qərarına əməl etməyəcək.

KONKRET.az xəbər verir ki, o, brifinqdə AİHM-in Rusiyanı 2008-ci ildə hərbi əməliyyatlarla bağlı Gürcüstana 253 milyon avro ödəməyə məcbur edən hökmünə şərh verərkən deyib:

“Bu, ayrı məsələdir. Biz qərarı icra etməyəcəyik”.

Xatırladaq ki, oktyabrın 14-də AİHM Rusiyanın Gürcüstana 2008-ci ildə Tbilisi ilə müharibədən sonra Moskvanın “müstəqil” hesab etdiyi Abxaziya və Cənubi Osetiyaya sərbəst girişinə əngəl törətdiyinə görə bir milyard avrodan çox təzminat ödəməli olduğu haqda qərar çıxarıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*