Rusiya hərbçiləri Ukraynada ölmək istəmədikləri üçün kütləvi şəkildə TƏSLİM OLURLARbackend

Rusiya hərbçiləri Ukraynada ölmək istəmədikləri üçün kütləvi şəkildə TƏSLİM OLURLAR

Rusiya hərbçiləri Ukraynada ölmək istəmədikləri üçün kütləvi şəkildə təslim olurlar.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi onun nümayəndəsi Andrey Yusova istinadən məlumat yayıb. Bildirilir ki, son bir neçə həftə ərzində “qaynar xətt”lərə ruslardan təslim olmağa hazır olduqları ilə bağlı 2000-dən çox müraciət daxil olub.

“Son bir neçə həftə ərzində layihənin qaynar xəttlərinə artıq 2000-dən çox zəng daxil olub.

“Mən yaşamaq istəyirəm” dövlət layihəsi ruslara döyüşməməyə və canlarını xilas etməyə imkan verir”, – Yusov deyib.

O vurğulayıb ki, Rusiya Federasiyasında cəbhənin ən təhlükəli bölgələrinə göndərilmək üçün 100 min nəfərə səfərbərliyə çağırış vərəqəsi verilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*