Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev xüsusi tapşırığı yerinə yetirərkən həlak olub.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Facebook”da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı üç kəşfiyyatçı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları – Oleksiy Dolya, Valeri Çibineyev və Denis Kireyev öldürüldü”, – deyə qurum bildirib.
“Onlar Ukraynanı müdafiə edərkən həlak olublar”, – mənbə əlavə edib. Bizim.Media
