Rusiya İran vasitəsilə İraqdan SİLAH ALIRbackend

Rusiya İran vasitəsilə İraqdan SİLAH ALIR

Rusiya Ukraynadakı müharibə üçün İraqdan qaçaqmalçılıq yolu ilə silah alır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” İran tərəfindən dəstəklənən İraq döyüşçülərinə və regional kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən yazır.

Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan sursat və hərbi texnika alır.

Braziliya istehsalı olan tank əleyhinə qumbaralar və tank əleyhinə raketlər, eləcə də Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemlərinin mart ayında İraqdan Rusiyaya göndərildiyi bildirilir.

Nəqliyyatın təşkilində kömək edən mənbənin sözlərinə görə, Tehran hakimiyyəti Moskvaya Rusiyanın S-300-ə bənzər İran istehsalı “Bavar 373” raket sistemi də hədiyyə edib.

Ukraynanın işğalı nəticəsində yeni sanksiyaların tətbiqindən sonra Moskva Suriyadakı hərbi müttəfiqi İrana söykənmək məcburiyyətində qalıb. Silah alveri ilə məşğul olan cinayətkar aləmlə əlaqə Rusiyanın strategiyasında ciddi dəyişikliyə işarə edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*