Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır – Zaxarovabackend

Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır - Zaxarova

Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O vurğulayıb ki, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir  və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir.

“Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır”, – Zaxarova vurğulayıb.

Daha sonra Zaxarova Minsk qrupundan da danışıb.

“Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırıb”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*