Rusiya İsrailə xəbərdarlıq etdibackend

Rusiya İsrailə xəbərdarlıq etdi

“Silahlar, kimə göndərilməsindən asılı olmayaraq… Ukrayna, Qərbin və ABŞ-ın digər silahları kimi, sonda məhv ediləcək. Bu aydındır. Amma güman edirəm ki, bu, əlbəttə ki, müəyyən siyasi nəticələrə səbəb ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Financial Times” qəzetində İsrail ordusu tərəfindən istismardan çıxarılan “Patriot” sistemlərinin Ukraynaya mümkün təhvil verilməsi ilə bağlı dərc olunan məqaləni şərh edərkən deyib.

Nebenzya bildirib ki, hadisələrin bu cür inkişafının İsrail və Rusiya arasında münasibətlərə pis təsir göstərəcək.

Qeyd edək ki, 2024-cü ilin aprelində İsrail Müdafiə Qüvvələri 30 illik istismardan sonra Amerika istehsalı olan Patriot hava hücumundan müdafiə sisteminin batareyalarının istismardan çıxarılması prosesinin başlandığını elan edib. İyunun 27-də “Financial Times” yazıb ki, hazırda ABŞ, Ukrayna və İsrail İDF tərəfindən istismardan çıxarılan səkkiz batareyanın Kiyevə ötürülməsi ilə bağlı danışıqlar aparır. Nəşrin fikrincə, belə bir addım həyata keçirilərsə, Ukrayna əlində olan “Patriot” batareyalarının sayını üç dəfə artıracaq. Nəşr məlumatlı mənbələrə istinadən iddia edir ki, məsələ son həftələrdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Antoni Blinken, həmçinin Ukrayna prezident administrasiyasının rəhbəri Andriy Yermak və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında müzakirə olunub. Bu məsələ ilə bağlı Kiyev və Qüds arasında birbaşa danışıqlar da olub, lakin bu danışıqlarda konkret olaraq kimin iştirak etdiyi barədə məlumat verilmir.

IDF tərəfindən xidmətdən çıxarılan sistemlər Ukraynanın hazırda malik olduğu sistemlərdən daha köhnə modifikasiyadır, lakin onlarla tam uyğundur. Bundan əlavə, İsrail Ukraynanın arsenalında olanlardan daha uzun mənzilli və daha güclü döyüş başlığına malik əhəmiyyətli raket əleyhinə raket ehtiyatına malikdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*