“NATO Ukraynanı öz sıralarına qəbul etməkdən imtina etdiyini açıq şəkildə elan etsin”.
KONKRET.az xəbər verir ki, bunu Vyanadakı Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib. O bildirib ki, Rusiya NATO-nu Ukrayna ilə bağlı qərarını açıq elan etməyə israr edəcək.
“Rusiya israr edəcək ki, NATO Ukraynanı öz sıralarına qəbul etməkdən imtina etdiyini açıq şəkildə elan etsin”, – deyə Qavrilov vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
