Rusiya martın 11-i cümə günü qlobal internetlə əlaqəni tamamilə kəsəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın Market Rebellion maliyyə şirkəti məlumat yayıb.
Ruslar yalnız rus zonasındakı vebsaytlara və serverlərə çıxış əldə edəcəklər.
2019-cu ilin mart ayında Rusiya Federasiyası artıq sınaqlar keçirib. Bu müddət ərzində onlar dünya ilə əlaqəni kəsiblər, yalnız öz vətəndaşları üçün daxili İnternet bağlantısını saxlayıblar.
Hazırda Rusiya hakimiyyət orqanları telekommunikasiya xidmətlərinin bütün sahiblərinə (portallar, resurslar, vebsaytlar) artıq müvafiq sənədləri göndərməyə başlayıblar.

Xuraman Etibarlı,
KONKRET.az
