Rusiya mediası Putinə xərclənən vəsaitin ŞOK MƏBLƏĞİNİ AÇIQLADIbackend

Rusiya mediası Putinə xərclənən vəsaitin ŞOK MƏBLƏĞİNİ AÇIQLADI

Putinə xərclənən vəsaitin məbləği təxminən 30% artıb.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, 2023-cü ildə Rusiya Prezidentinin fəaliyyəti üçün federal büdcənin xərcləri 29% artacaq.

Bu barədə ölkə büdcəsi haqqında qanuna izahat qeydindən belə məlum olub.

İl ərzində Putin və onun administrasiyası xəzinəyə 19,131 milyard rubla başa gələcək. Bu da bir il əvvəl qəbul edilmiş 3 illik büdcəyə daxil ediləndən 4,123 milyard rubl çoxdur.

2024-cü ildə prezidentin və Prezident Administrasiyasının saxlanması xərcləri 4,491 milyard rubl (+29%) artaraq 19,98 milyard rubla çatacaq; və 2025-ci ildə – 4,456 milyard rubl (+29%), 20,59 milyarda qədər.

Ümumilikdə, üç il ərzində Putinin “fəaliyyəti” vergi ödəyicilərinə 59,7 milyard rubla başa gələcək. Bu, Kostroma vilayətinin, Maqadan vilayətinin və ya Kabardin-Balkarın illik büdcəsi ilə müqayisə oluna biləcək məbləğdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*