Rusiya məmurlar üçün icazə verilən avtomobillərin siyahısını AÇIQLADIbackend

Rusiya məmurlar üçün icazə verilən avtomobillərin siyahısını AÇIQLADI

Rusiyanın Sənaye və Ticarət Nazirliyi məmurların prioritet istifadəsi üçün nəzərdə tutulan avtomobillərin siyahısını hazırlayıb.

KONKRET.az xəbər verir ki, buraya Rusiya və Çin markaları – Lada, Moskvich, Aurus, Evolute, UAZ və Haval daxildir.

Bu günə kimi Sənaye və Ticarət Nazirliyi minik avtomobillərinin aşağıdakı modellərinin alınmasını tövsiyə edib:

Lada (modellər: Vesta, Vesta SW Cross, Granta, Niva Travel, Niva Legend);

“UAZ” (modellər: “Patriot”, “Pickup”, “Profi”, “Hunter”, SGR);

Aurus (modellər: Senat, Komendant);

“Moskviç” (modellər: 3, 3e, 6);

Evolute (modellər: I-Pro, I-Joy, I-Sky);

Haval (modellər: Jolion, Dargo, F7/F7x, H9).

Nazirlik bildirib ki, siyahıya Rusiyada xüsusi investisiya müqavilələri əsasında istehsal olunan Rusiya VIN nömrəli avtomobillər daxildir.

Qeyd edək ki, sentyabrın əvvəlində prezident Vladimir Putin hökumətə 2024-cü ilin fevralına qədər məmurların yerli avtomobillərin sükanı arxasına keçməsi üçün tədbirlər hazırlamağı tapşırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*