Rusiya Müdafiə Nazirliyinin kiyevlilərə xəbərdarlığından sonra şəhərdə ajiotaj yaranıb.
KONKRET.az xəbər verir ki, Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün Ukraynanın yüksək dəqiqlikli silahlarının texnoloji obyektlərinə və Kiyevdəki 72-ci əsas psixoloji xüsusi əməliyyat mərkəzinə zərbələr endiriləcək. Buna görə yaxınlıqda yaşayan sakinlərə evlərini tərk etmə barədə xəbərdarlıq edilib.
Bu xəbərdarlıqdan sonra şəhərdə əməlli-başlı panika yaranıb, əhali vağzallara üz tutub.
Kiyevdən son görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
