Rusiya Müdafiə Nazirliyi Ukraynanın “Toçka-U” raket sistemindən istifadə etməklə “təxribatlar” hazırladığını iddia edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bildirib:
“Kiyev administrasiyası Rusiya ordusunu dinc sakinləri öldürməkdə ittiham etmək üçün Kramatorskdakına bənzər dəhşətli təxribat hazırlayır. Bu məqsədlə yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinin 19-cu briqadası “Toçka-U” raket sistemləri ilə Lozova qəsəbəsindəki qatar stansiyasındakı qaçqınlara hücum edəcək”.
“Toçka-U” raketlərinin yalnız Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edildiyini bildirən Mizintsev, Ukrayna rəhbərliyinin beynəlxalq hüquqa hörmət etmədiyini qeyd edib.
İqbal Rzayev,
KONKRET.az
