Rusiya müharibədə bu qədər əsgər itirdi – Dəhşətli rəqəmlərbackend

Rusiya müharibədə bu qədər əsgər itirdi - Dəhşətli rəqəmlər

Rusiya Silahlı Qüvvələri indiyədək Ukraynada 20800 hərbiçi itirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, fevralın 24-dən aprelin 19-dək Rusiya ordusunun 20 min 800 əsgəri öldürülüb, 169 təyyarə,150 helikopter, 802 tank, 2063 zirehli texnika, 386 top, 132 reaktiv yaylım atəşi sistemi və 67 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1495 texnika, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 158 pilotsuz uçuş aparatını itirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyünü bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*