Rusiya nüvə enerjisi ilə işləyən raketi sınaqdan keçirməyə hazırlaşır – NYTbackend

Rusiya nüvə enerjisi ilə işləyən raketi sınaqdan keçirməyə hazırlaşır - NYT

Rusiya ordusu Arktikada nüvə enerjisi ilə işləyən raketi artıq sınaqdan keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” peyk çəkilişlərindən əldə edilən məlumatlara əsasən məlumat yayıb.

Qəzetin yazdığına görə, söhbət nüvə stansiyası olan “Burevestnik” qitələrarası ballistik raketindən gedir.

Sentyabrın 20-də “Novaya Zemlya” poliqonunun peyk görüntüləri göstərir ki, ora çoxlu hərbi texnika, o cümlədən ölçüləri “Burevestnik”in ölçüsünə uyğun gələn traktor gəlib.

Məlumata görə, qoruyucu örtük çıxarılıb. İkinci dəfə eyni aktivlik sentyabrın 28-də peyklərdən qeydə alınıb.

The New York Times bildirir ki, avqustun 31-də Rusiya təyyarələrə sınaq meydançası ərazisində uçmamaq tövsiyəsi verib və onu müvəqqəti olaraq təhlükəli elan edib.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*