Rusiya Odessa limanına raket zərbələri endirdibackend

Rusiya Odessa limanına raket zərbələri endirdi

Rusiya Silahlı Qüvvələri Odessa dəniz ticarət limanına “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman infrastrukturunun obyektlərinə dəyib.

İyulun 23-də Odessada bir neçə partlayış olub. Şəhərdə hava hücumu xəbərdarlığı edilib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*