Rusiya Silahlı Qüvvələri PUA ilə Qara dənizdə Türkiyəyə məxsus mülki yük gəmisinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində gəmidə yanğın baş verib və heyət üzvlərindən 2 nəfər yaralanıb.
Bildirilib ki, hücum Vanuatu bayrağı altında üzən (lakin Türkiyəyə məxsus olan – red) ANT adlı yük gəmisinə edilib. Hücum zamanı gəmi Türkiyə istiqamətində hərəkətdə olub. Zərbə nəticəsində yanğın başlayıb.
Ukrayna HDQ və Dəniz Axtarış-Xilasetmə Xidmətinin bölmələrinin müdaxiləsi sayəsində gəmidəki yanğın qısa müddətdə lokallaşdırılıb. Xəsarət alan iki heyət üzvü dərhal təxliyə edilərək tibb müəssisəsinə yerləşdirilib.
