Rusiya hərbçiləri Ukraynanın İlan adasını tərk edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, orada yerləşən qarnizon xoşməramlılıq əlaməti olaraq geri çəkilib.
“Beləliklə, dünya ictimaiyyətinə nümayiş etdirilib ki, Rusiya Federasiyası BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur”, – məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, bu qərar Kiyevə gözlənilən ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək.
İqbal Rzayev,
KONKRET.az
