Rusiya öz müttəfiqlərini belə ələ salır — Erməni sülhməramlılar yenə lağa qoyuldu + VİDEObackend

Rusiya öz müttəfiqlərini belə ələ salır — Erməni sülhməramlılar yenə lağa qoyuldu + VİDEO

KTMT qoşunlarının sülhməramlı qismində Qazaxıstana daxil olması gülüş predmetinə çevrilib. Belə ki, heç bir ordu peşəkarlığı olmayan, hərbi arsenalı köhnə sovet silahlarından təşkil olunan Ermənistanın da sülhməramlı qismində öz hərbçilərini Qazaxıstana göndərməsi geniş müzakirələrə səbəb olub. 

Hətta xarici media qurumlarında Ermənistanın sülhməramlı kimi Qazaxıstana göndərilməsi lağ obyektinə çevrilib. Bir neçə gün əvvəl “Exo Moskvı” verişinin canlı efiri zamanı tanınmış Rusiya politoloqu Qleb Pavlovski də Qazaxıstandakı hadisələrdən danışarkən  “yaddan çıxarmayın, orada güclü erməni korpusu var” deməklə, Ermənistandan olan sülhmrəamlı hərbçilərə kinayəli müasibət ortaya qoyub. Rusiyanın Qazaxıstana 3 min sülhməramlı qüvvə göndərdiyi halda Ermənistan 100 nəfər hərbçi göndərib. Hər halda sülhməramlıların tərkibindəki böyük bir fərq Ermənistanın Rusiyanın əlində oyuncağa çevrildiyini göstərir.  

KTMT məqsədli şəkildə yumoristik və oyuncaq bir quuma çevrilib. Başqa cür ola da bilməzdi. Bu, Rusiyanın bu quruma üzv olan ölkələrə olan qeyri-ciddi münasibətinin ifadəsidir.

No description available.

Təsəvvür edək, birinci mərhələdə Ermənistan hərbçiləri Rusiyanın diktəsi ilə Qazaxıstana sülhməramlı qismində daxil olur. Ardınca da Kreml düyməni basır və Rusiya telekanallarında erməni hərbçiləri lağ obyektinə çevrilir. Bu, həm də Rusiyanın öz müttəfiqlərinə olan həqiqi münasibətidir.

Ən gülməlisi isə odur ki, cəmi bir il bundan öncə rüsvayçı şəkildə məğlub edilən, işğalçı və terrorçu siyasəti ilə dünyada məşhur olan Ermənistanı “sülhməramlı” dövlət kimi dünyaya sırıyırlar. Ancaq Kreml özü də anlayır ki, Ermmənistan və sülhməramlı məfhumları bir-birindən min kilometrlərlə uzaqlıqdadır.

Azərbaycan əvvəldən öz yolunu doğru seçib və heç bir hərbi ittifaqa üzv olmayıb. Ümumiyyətlə, Rusiyanın diktəsi altında olan hər hansı bir quruma üzv olmağın sonu Ermənistanın taleyi kimi acınacaqlı olur. Deməli, ölkəmiz əvvəldən qoşulmama prinsipini seçməklə strateji qərar vermiş olub.

/demokrat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*